Siz elə bilirsiniz ki, sekslə bağlı fantaziyalar ancaq kişilərin xəyallarını bəzəyir? Əlbəttə, yox. Qadınların da xüsusi seks fantaziyaları var.
Sorğular nəticəsində qadınların öz düşüncəsində qurduğu seks fantaziyaları müəyyənləşdirilib. Məlum olub ki, qadınların bir çoxu orqazma çatmaq üçün aşağıdaki fantaziyaları qururlar:
Yad adam
Bir çox qadın xəyalında onun səhvlərini, kim olduğunu, haradan gəldiyini bilməyən və bunlar haqqında sorğu-sual etməyən, yad bir kişi ilə sevişməyi canlandırır. Hətta çox vaxt partnyoları ilə sevişərkən həmin adamla əlaqəyə girdiklərini düşünürlər.
Erotik film
Qadınların bir qismi seksdən öncə erotik film izləməyə üstünlük verir. Beləliklə də, cinsi istəklərini artırır və yataqda partnyorlarının ağlını başından almaq üçün necə davranmalı olduqlarını müəyyənləşdirirlər.